Keçmiş döyüşçü özünü asıb - “Yoldaşlarının ölümüylə barışa bilməyib”

Keçmiş döyüşçü özünü asıb - “Yoldaşlarının ölümüylə barışa bilməyib”


2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır yaralanan, ancaq həkimlərin səyi ilə ölümdən xilas olan 26 yaşlı döyüşçü Fazil Abdiyev Tovuz şəhərində intihar edib.


Gecce.az criminalaz.com-a istinadən xəbər verir ki, keçmiş döyüşçü özünü yaşadıqları evdə asıb.

Xəbəri Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov təsdiqləyib. İcra hakimiyyətinin başçısının müavini virtualaz.com-a bildirib ki, hazırda faciənin səbəbləri araşdırılır.

“Təəssüf ki, igid döyüşçümüz ötən gün intihar edib. Onun işlə, dolanışıqla bağlı problem yox idi, biz onu işlə təmin etmişdik. Tikinti sahəsində mühəndis işləyirdi. Görünür psixoloji problemləri olub. Hazırda hansı səbəbdən intihar etdiyi araşdırılır”.

Niftalı Qasımov onu da qeyd edib ki, F.Abdiyev ötən il də apreldə intihara cəhd edib: “Görünür döyüşdə keçirdiyi psixoloji sarsıntılarla əlaqədar olub”.

İntihar faktı bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti