Alışanovun vəkilinə “canına azzar” dedi... - Qarşıdurma

Alışanovun vəkilinə “canına azzar” dedi... - Qarşıdurma


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Z.Şirinov vəkilin suallarına cavab verərkən istintaq zamanı işgəncəyə məruz qaldığını deyib:

"Məni Bandotdel"ə aparıb orada Canpoladın otağında döyüb işgəncə verdilər. Mən də məcbur onların dediyinə qol çəkdim. Çünki başqa çıxış yolum yox idi. Əgər orada qol çəksəydim, bu gün burada ayaq üstə durub danışa bilməzdim. Ya özümü öldürməli idim, ya da qol çəkməli idim. Özümü öldürmədim, amma indi bu işin axırında öldürəcəyəm. O kağıza qol çəkəndən sonra da mənə sui-qəsd ittihamı verildi. İstintaqda mənim vəkilim olmayıb. Hər şeyi öz qaydaları ilə həll etdilər.

Mənim Arif Alışanovu öldürmək fikrim və ya planım olmayıb. Bunlar hamısı uydurmadır. Baş prokurorluqda da özləri mənə bir vəkil təyin etmişdilər, müstəntiq Kamal yazırdı, həmin vəkil də qol çəkirdi ki, Zöhrab bunları deyib. Kamal da mənə deyirdi ki, sənin qol çəkməməyinin bir əhəmiyyəti yoxdur, vəkilin imza atıb. Amma mən heç Arif Alışanovu tanımamışam, özümdə də silah olmayıb. Şücayətin mənə borcu var idi, hissə-hissə onu qaytarırdı.

Arif Alışanov gəlib burada otursun, ondan sonra mən onun vəkillərinin suallarına cavab verəcəyəm".

Ş.Əkbərov Alışanovun vəkilinə "canına azzar" dediyi üçün hakim tərəfindən ona xəbərdarlıq edilib.

İstintaqda mənə vurulan təpiklərdən yoğun bağırsağımda problem yaranıb. Hamıya da məlumdur. Allaha and olsun belə getsə özümü öldürəcəyəm. Sonra heç kim deməsin ki, Zöhrab xəstəlikdən ölüb.

***

Digər təqsirləndirilən Aqşin Hüseynov dindirilərkən zalda gərginlik yaranıb. Dövlət ittihamçısı ona sual verərkən Ş.Əkbərov müdaxilə edib. Bu zaman mübahisə yaranıb. Ardınca isə zalda Q.Cəbiyevin zalda əyləşən oğlu ilə A.Alışanovun bacısı oğlu Dəyanət Cəfərov bir-birilərini söyərək təhqir ediblər. Hakim Q.Cəbiyevin oğlunu məhkəmə zalından çıxarıb.

***

Ş. Əkbərovun vəkili vəsatət verərək Arif Alışanovun məhkəməyə gəlib dindirilməsini istəyib. Alışanovun vəkili isə buna etiraz edib.

Hakim bildirib ki, Alışanovun bacısı oğlu Dəyanət Cəfərov və sürücü Hacı Babayeb dindirildikdən sonra Arif Alışanov da məhkəməyə çağırılaraq ifadəsi alınacaq. Proses mayın 4-də davam etdiriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
 
Xəbər lenti
                    
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                      
ankara escort