2 nəfər yıxılaraq xəstəxanaya düşdü - Ağır xəsarət aldılar

2 nəfər yıxılaraq xəstəxanaya düşdü - Ağır xəsarət aldılar


Cəlilabad sakini yıxılaraq ağır xəsarət alıb.


Gecce.az APA-ya istinadən xəbər verir ki,hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini, 1948-ci il təvəllüdlü Səfurə Hüseyn qızı Teymurova hündürlükdən yıxılıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı qadına ilk tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti isə ağır qiymətləndirilir.

Oxşar hadisə Masallı rayonunda da olub. Rayonun Alvadı kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Yasər oğlu İbadullayev də yıxılaraq ciddi xəsarət alıb. O, əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da daha sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. E. İbadullayevin də vəziyyəti yaxşı olmadığından o da reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti