Ötən il 37 min qadın abort etdirib - Məktəbli də var

Ötən il 37 min qadın abort etdirib - Məktəbli də var


Bu gün Respublika Perinatal Mərkəzdə Antenatal qulluğun təşkilinə dair konfrans keçirilib.

Konfransda çıxış edən Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova antenatal qulluq sahəsində statistik göstəriciləri açıqlayıb:

"Ağır vəziyyətdə mərkəzə daxil olmuş qadınların sonrakı vəziyyəti hər zaman müşahidə altında saxlanılır. Ümumiyyətlə, son bir ildə RPM-ə 7-yə yaxın bu cür xəstə daxil olub.

Ağırlaşmaların səbəbləri fərqlidi. Qadınlar əsas xəstəliklərini öz mamaginekoloqlarından gizlədir. Bu səbəbdən doğuşa az vaxt qalanda ağır vəziyyətdə xəstəxanaya daxil olurlar. Biz xəstəlikləri əvvəlcədən bilsək, vaxtında müdaxilə edə bilərik".

S. Məmmədova onu da bildirib ki, yaş artdıqca hamiləlik çətinləşir: "Yaş artdıqca qadınlarda xəstəliklər də artır. 25 yaşdan sonra artıq hamiləliklərdə müəyyən çətinliklər yaranmağa başlayır. Ən çox rast gəlinən xəstəliklər anemiyalar, böyrək və ürək problemləridir ki, yaş artdıqca özünü daha çox göstərir. Bunlar ilk risk qrupuna daxil olan xəstəliklərdir. Qadın risk qrupuna daxil olduqda vaxtaşırı müayinələrdən keçirilir. Bu müayinələr olmasa, ana və uşağın gələcəyi üçün problem yarana bilər.

S. Məmmədovanın sözlərinə görə, ötən il 37 min abort olunub: "Abort olunanların əsas yaş qrupu 18-25-dir, abortdan sonra isə fəsadlaşma halı qeydə alınmayıb. Məktəbli şagirdlərlə bağlı abort halı da yaşanıb. Bu nadirən olsa da qeydə alınıb, həmin say 9-12 arasında dəyişir. Təcavüzə məruz qalan 12-14 yaşlı uşaqların icazəli şəkildə doğuşu sonlandırmağa isə icazə verilir".

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti