Qardaşının məzarı başında bibisini öldürdü - Qubadakı qətlin təfərrüatı » Gecce.Az Xəbər Portalı
Qardaşının məzarı başında bibisini öldürdü - Qubadakı qətlin təfərrüatı

Qardaşının məzarı başında bibisini öldürdü - Qubadakı qətlin təfərrüatı


Quba rayonunda qəbiristanlıqda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.

Gecce.az-ın Lent.az-a istinadən məlumatına görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov tərəfindən döyülərək öldürülən Şüşan Sumxayevanın 87 yaşı var. Onu döyərək öldürən şəxs qardaşı oğludur.

Bildirilir ki, bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə də həmin şəxsin məzarının yaxınlığında baş verib. Ağır dərəcəli sərxoş olan Mişi Miqirov bibisinə ağır zərbələr endirib. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. O, ayılandan sonra hadisəni xatırlamadığını deyib. Keçmiş məhkumun qardaşının məzarı başında bibisini hansı səbəbdən döyməsi hələlik qaranlıq olaraq qalır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort