Ərinin məşuqəsi onu öldürdü - Lənkəranda qətl+ Yenilənib » Gecce.Az Xəbər Portalı
Ərinin məşuqəsi onu öldürdü - Lənkəranda qətl+ Yenilənib

Ərinin məşuqəsi onu öldürdü - Lənkəranda qətl+ Yenilənib


Lənkəran sakini qətlə yetirilib.

Gecce.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb.

Lənkəran sakini, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənovanın ailə münaqişəsi zəminində həyat yoldaşının qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən hələlik məlum olmayan şəraitdə qətlə yetirildiyi bildirilir.

S. Həsənovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Anar Mahmudov küçəsi, 128 ünvanında 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib.

Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.

Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort