Ər arvadını döydü, o da özünü öldürmək istədi - Qardaşı da...

Ər arvadını döydü, o da özünü öldürmək istədi - Qardaşı da...


Qobustan rayonunda ailə münaqişəsi qanla nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sədəf kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ziya Əmirov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Əmirova Hüsniyə Qalib qızını döyüb. Hüsniyə Əmirova əsəbiləşərək evdə olan bir neçə dərman preparatını içib və zəhərlənib. Halı pisləşən qadın təcili yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

H. Əmirovanın qardaşı bacısının döyülməsinə və özünü zəhərləməsinə görə yeznəsi Ziya Əmirovla mübahisə edib və şiferlə onun başına ağır xəsarət yetirib. Z. Əmirov başın təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti