Qayınatasını bıçaqlayaraq öldürdü - Lənkəranda
Qayınatası Şirzad Əmənovu qətlə yetirən Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.
Gecce.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən R.İsmayılov saxlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya
Hamısı