Bayramları qara gəldi: Kürəkən qaynatanı qanına qəltan etdi

Bayramları qara gəldi: Kürəkən qaynatanı qanına qəltan etdi


Ötən gecə Lənkəranda qaynatasını bıçaqlayan şəxs saxlanılıb.

Gecce.az report-a istinadən xəbər verir ki, Lənkəran şəhərində törədilən bıçaqlanma hadisəsinin qohumlar arasında baş verdiyi məlum olub.

Belə ki, Anar Mahmudov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Əmənov Şirzad Əlihüseyn oğlu övladları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Çoxlu qan itirən Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin olaraq hadisənin naməlum şəxs tərəfindən törədildiyi söylənilsə də, ilkin istintaq zamanı cinayəti Ş.Əmənovun kürəkəninin törətdiyi üzə çıxıb. Qohumlar arasında baş verən münaqişə kürəkənin qaynatanı bıçaqlaması ilə nəticələnib.

Qeyd edək ki, hadisə ötən gecə, saat iki radələrində, şərti olaraq "RayPo" adlanan yaşayış massivində qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən Ş.Əmənovun vəziyyəti isə ağır olaraq qalır.

Təfərrüatlar açıqlanmasa da, hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi

21.10.2018 / 15:30
 
Xəbər lenti
              
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                            
ankara escort