Səbaildə 1 tonluq xonçalar

Səbaildə 1 tonluq xonçalar


Səbail Rayon İcra Hakimiyyəti (Səbail RİH) Novruz münasibətilə rayonun qəsəbələri və yaşayış sahələrinin bir çox yerlərində bayram tədbirləri təşkil edir.

Yerlərdə rayon sahibkarları, iş adamlarının köməyi ilə bir neçə bayram xonçası quraşdırılıb.

RİH-dən bildirilib ki, bu ənənə bir növ qədim dövrlərə təsadüf edən “Çörək və tamaşa” kimi Roma ənənələrinə bir qayıdışdır. Rayonda təşkil olunan ənənəvi bayram tədbirlərində çəkisi 1 tondan çox olan xonçalar qurulub, Novruz personajları, tanınmış ifaçılar və özfəaliyyət nümayəndələrinin iştirakı ilə konsertlər təşkil olunub. Tədbirlərdən sonra isə xonçalardakı şirniyyat və meyvələr sakinlərə, imkansızlara, ərazidəki hərbi hissələrin əsgərlərinə paylanıb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti