Lənkəranda ata oğlunun boğazını kəsdi

Lənkəranda ata oğlunun boğazını kəsdi


Lənkəran sakininin boğazı kəsilib.

Gecce.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Mikrorayon" adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1999-cu təvəllüdlü, Əli İlham oğlu Yaqubzadənin boğazı kəsilmiş halda ailə üzvləri tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona orada ilkin tibbi yardım göstərilib.

Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, Ə.Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadəin hadisəni törədərkən sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti