Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir


Dövlət İmtahan Mərkəzi (DİM) 30 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir.

DİM-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün ümumilikdə 36 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti