Futbolçu qızın özünü güllələməsinin səbəbi bilindi - Yenilənib

Futbolçu qızın özünü güllələməsinin səbəbi bilindi - Yenilənib


Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.

Gecce.az APA-ya istinadən xəbər verir ki, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunundəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Firəngiz Əzizovanın üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Firənfiz Əzizovanın 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

***

ARB Şəki xəbər verir ki,Firəngiz Əzizova Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. O mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

***

Şorsu kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Firəngiz Qalib qızı Əzizova ailəsi tərəfindən idman yarışına buraxılmadığı üçün özünü öldürmək istəyib:

“Firəngiz hansısa idman komandasının üzvüdür. Yarış keçirilirmiş. Onu evdən yarışa buraxmayıblar. Ailəsi buna imkan verməyib. Qız da buna görə özünü öldürmək istəyib”.

Sakinlər qeyd edib ki, hazırda Firəngizin səhhəti orta-ağırdır: “Reanimasiyadadır. Əməliyyat olunub, dalağını da kəsiblər. Hər hansı həyati təhlükəsi yoxdur”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti