Beyləqan sakinindən Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı DƏHŞƏTLİ ƏMƏL

Beyləqan sakinindən Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı DƏHŞƏTLİ ƏMƏL


Abşeron rayonunda arvadını intihar həddinə çatdırmaqda ittiham olunan Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Teymur Xələfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gecce.az publika.az-a istinadən xəbər verir ki, Teymur Xələfov paytaxt sakini Vüsalə Kərimova ilə qeyri-rəsmi nikahda olub və onlar birlikdə yaşayıblar. Teymur Xələfov ondan maddi cəhətdən asılı olan arvadı Vüsalə Kazımovaya qarşı amansız rəftar etməklə, mütəmadi olaraq qəsdən döyüb və onu özünü öldürmə həddinə çatdırıb.

Arvadını döydü, xəsarət yetirdi

Belə ki, T.Xələfov qeyri-rəsmi nikahda yaşadığı və ondan maddi cəhətdən asılı olan arvadı Vüsalə Kazımova ilə 28 dekabr 2014-cü il tarixdən 2015-ci ilin iyununa kimi amansız rəftar edib. O, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 13, mənzil 3A ünvanında yerləşən evdə qəsdən arvadını döyüb.

Növbəti dava

Ona ölümündən 8-9 gün əvvəl sol bazu, sağ bazu və sol baldır nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirib.

Bundan başqa, Teymur Xələfov Vüsalə Kazımovaya qarşı amansız rəftarını davam etdirib. Onu yaşadığı mənzildə qəsdən döyüb. Ona 3 iyun 2015-ci il tarixdə sol gözaltı nahiyəsinin qançırı, alın və bel nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

İntihar


Vüsalə Kazımova Teymur Xələfovun ona qarşı amansız rəftarı nəticəsində iyunun 4-də, saat 13 radələrində özünü öldürmək qərarına gəlib. O, bu məqsədlə yaşadığı evin yataq otağında özünü karnizdən iplə asaraq intihar edib.

İstintaq araşdırması zamanı Teymur Xələfovun sərxoş vəziyyətdə Vüsalə Kazımovanı döyməsi, maddi cəhətdən onu özünə asılı vəziyyətə salması müəyyən edilib.

Cinayət işi: 5 il 6 ay cəza

Bu səbəbdən həbs edilən Teymur Xələfovun barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Teymur Xələfov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğvini, təyin edilən cəzanın yüngülləşdirilməsini istəyib.

Hökmdən narazılıq

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Teymur Xələfovun şikayəti təmin edilməyib. Bundan sonra o, eyni tələblə kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası onun kasasiya şikayətini də təmin etməyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort