Şamaxıda 2,2 metr uzunluğunda iki gürzə öldürüldü

Şamaxıda 2,2 metr uzunluğunda iki gürzə öldürüldü


Şamaxı rayonunda bu mövsüm üçün xarakterik olmayan hadisə baş verib.

Gecce.az-ın Trend-ə istinadən məlumatına görə, rayonun Çöl Göylər kəndində iki gürzə peyda olub. Gürzələrin hər birinin uzunluğu 2 metr 20 santimetr olub.

Sakinlər bildiriblər ki, ilanlar heyvanların otlaq sahəsində aşkarlanıb. Həddindən artıq təhlükəli olan hər iki ilan kənd sakinləri tərəfindən öldürülüb.

Xatırladaq ki, ötən il Ağsu rayonunun Bico kəndi ərazisində də belə bir hadisə baş vermişdi. Kənd sakinləri dağlıq ərazidə uzunluğu 2 metr 60 santimetr olan nəhəng Qafqaz gürzəsini ov tüfəngi ilə öldürmüşdülər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti