Bakıda ət ucuzlaşıb? - Qiymətlər

Bakıda ət ucuzlaşıb? - Qiymətlər


Bakıda mal və qoyun ətinin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, bir neçə gün əvvələ qədər 11 – 11 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 9-10 manata, 13 manata təklif edilən qoyun ətinin qiyməti isə 12 manata enib.

Xüsusilə bayram ərəfəsində qiymətlərdə azalmanın olması inandırıcı görünmür. Çünki Azərbaycanda yaranmış qeyri-ənənəvi tendensiyaya görə, hər il bayramqabağı bütün məhsullarda bahalaşma qeydə alınır.

Gecce.az xəbər verir ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi İcmallaşdırma və statistik təhlil şöbəsi müdiri Firdovsi Fikrətzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, mal və qoyun ətinin qiymətlərində dəyişiklik olmayıb.

Nazirlik rəsmisi bazarlarda təklif edilən ətin pərakəndə satış qiymətlərini təqdim edib:

İribuynuzlu heyvan əti (yaşlı, sümüklü) 6.50-7.00

İribuynuzlu heyvan əti (yaşlı, sümüksüz) 8.50-9.00

İribuynuzlu heyvan əti (cavan,sümüklü) 10.00 - 11.00

İribuynuzlu heyvan əti (cavan, sümüksüz) 14.00-15.00

Xırdabuynuzlu heyvan əti (yaşlı) 7.00-8.00

Xırdabuynuzlu heyvan əti (cavan) 11.00 -12.00

Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsulları sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.


Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti