Yağışlı hava şəraiti ilə bağlı - Açıqlama

Yağışlı hava şəraiti ilə bağlı - Açıqlama


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.

“Qafqazinfo”ya daxil olan xəbərədə bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-7, Lənkəran-Astara zonasında 3-19, Böyük Qafqazda 5-24, Mərkəzi-Aran rayonlarında 3-13, Qazax-Gəncə zonasında 3-10, Kiçik Qafqazda 2-7, Naxçıvan MR-da 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 41, Sarıbaşda 21, Xınalıqda 17, Qırızda 16, Qubada 8, Qusar, Şamaxıda 5, Xaltanda 3, Kişçay, Rvarud, Kəlvəzdə 2, Qəbələ, Göygöldə 1, Qubanın dağlıq ərzilərində 3-25 sm təşkil edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                         
“Brilliant Dadaşova vəsiqəsində yaşını azaldıb” 12:00 “Brilliant Dadaşova vəsiqəsində yaşını azaldıb”
                                 
ankara escort ankara escort ankara escort izmir escort