Şirvanda mikroavtobus qəzası - 15 yaralı var + Yenilənib

Şirvanda mikroavtobus qəzası - 15 yaralı var + Yenilənib


Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Gecce.az APA-ya istinadən xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo” yaralıların vəziyyətini öyrənmək üçün Şirvan rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, xəsarət alanların çoxu evə buraxılıb. Xəstəxanada yalnız 1-2 nəfər qalıb. Onlar da yaxın saatlarda evə buraxılacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti