2 aylıq körpə üzərində uğurlu ürək əməliyyatı aparıldı - Bakıda

2 aylıq körpə üzərində uğurlu ürək əməliyyatı aparıldı - Bakıda


Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahı Natiq Mirzəyev çəkisi 2,5 kq olan körpədə uğurlu əməliyyat aparıb.

AzNews.az-ın məlumatına görə, xəstə 7 aylıq doğulub və 2 ay ərzində təkrarlanan pnevmoniyaya görə xəstəxanada müalicə alıb. Bakı Ürək Mərkəzinə müalicə ilə keçməyən ciddi təngnəfəslik, ürək çatışmazlığı ilə müraciət edilib. Təcili əməliyyata götürülüb. Hazırda xəstənin ümumi vəziyyəti stabildir.

Uşağın anası Mirxədicə Nurullayeva bildirib:

"Mən bir qadın kimi bu gün çox xoşbəxtəm, övladımın ürəyi sağlamdır. Keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm. 8 mart Beynəlxalq Qadınlar günündə mənə böyük hədiyyə oldu, Doktor Rəşad Mahmudov başda olmaqla bütün tibb personalına təşəkkür edirəm. Adəmin xəstəliyi aşkar olunanda, çox böyük həyacan keçirmişdim, amma inamsızlığa qapılmadım çünki bilirdim ki, ölkə başçımız İlham Əliyevin səyi nəticəsində bütün sahələrdə olduğu kimi, səhiyyəmizdə də böyük inkişaf var. Xüsusilə, virinci xanım Mehriban Əliyevanın uşaqlara olan özəl qayğısı nəticəsində belə uğurlu əməliyyatlar keçirilir. Mən ana olaraq övladımı dünyaya gətirdim, amma burada Adəmə sağlam ürək bəxş etdilər. Hər kəsə sağlam ürək sahibi olmağa arzulayıram".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
29 ildir evlidirlər...

25.06.2018 / 12:00
Daha bir yol bağlanır

25.06.2018 / 11:07
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti