Yanan dispanserin həbs olunan baş həkimindən xəbər var

Yanan dispanserin həbs olunan baş həkimindən xəbər var


Vətəndaşlara verilən arayışlara görə rüşvət alarkən həbs olunan Narkoloji Dispanserin baş həkimi Hüseyn Həsənov Ali Məhkəməyə müraciət edib.


Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib.

H.Hüseynov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Həsənov və həbsdə olmayan digər təqsirləndirilən Mətanət Şamçiyevaya şərti cəza verilib. Həbsdə olan H.Həsənov məhkəmə zalından azadlığa buraxılıb.

Baş Prokurorluq hökmdən protest verərək cəzanın ağırlaşdırılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov protesti təmin edib və şərti cəza hökmdən çıxarılıb. H.Həsənov yenidən məhkəmə zalında həbs edilib.
Bu dəfə isə H.Həsənov apellyasiya qərarından kassasiya şikayəti verib. Ali Məhkəmədə onun işinə hakim Tahir Kazımov baxacaq.

Qeyd edək ki, bir neçə gün öncə həmin dispanerdə olan yanğın nəticəsində 25 xəstə dünyasını dəyişib.



"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Şirvanda qətl

22.06.2018 / 21:20
 
Xəbər lenti