Üç məktəblini maşın vurdu

Üç məktəblini maşın vurdu


Abşeronda 3 məktəblini maşın vurub.

Hadisə martın 6-da Ceyranbatan qəsəbəsində baş verib. Hazırlıqdan çıxan 11-ci sinif şagirdləri yolu keçən zaman “BMV” markalı avtomobil tərəfindən vurulub. Şagirdlərin 1№-li tam orta məktəbdə təhsil aldıqları bildirilib.

Məsələylə bağlı məktəbin direktoru Çinarə Atayeva ilə əlaqə saxladıq. Hadisəni təsdiq edən direktor şagirdlərin vəziyyətinin hazırda qənaətbəxş olduğunu deyib:

“Bir neçə sayt yazıb ki, hadisə şagirdlər dərsdən çıxan zaman baş verib. Bu, yanlışdır. Qəza 19:40 radələrində baş verib və bu zaman şagirdlərimiz hazırlıqdan çıxırlar. Yaralanan 3 gəncdən Aygün Rufullayeva və Nəzrin Canbirova ayağından xəsarət alıb. Xədicə Məmmədzadə isə başından travma alıb və tomoqrafiya olunacaq”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort