Arvadına mesaj yazan nişanlı oğlanı ata bağlayıb sürüdü - Azərbaycanda NAMUS CİNAYƏTİ

Arvadına mesaj yazan nişanlı oğlanı ata bağlayıb sürüdü - Azərbaycanda NAMUS CİNAYƏTİ


Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Gecce.az lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğlunun həmkəndlisi, 33 yaşlı Seymur Məmmədov tərəfindən qısqanclıq zəminində öldürüldüyü məlum olub.

Bildirilir ki, martın 2-də S.Məmmədov Sirusun onun həyat yoldaşına yazdığı mesajları gördükdən sonra onu küt alətlə döyərək öldürüb. Daha sonra Seymur öldürdüyü gəncin meyitini kənddən kənarda qoyaraq qaçıb. Meyiti dünən ərazidəki çobanlar aşkarlayıb.

Qətlə yetirilən gəncin yaxınları bildiriblər ki, Sirus nişanlı olub. Onun gələcək xanımı qonşu kənddə yaşayır və mobil telefonu yoxdur. Bu səbəbdən gənc sevgililər Seymurun həyat yoldaşının telefonu vasitəsi ilə əlaqə saxlayırmış.

Sirusun yaxınları iddia ediblər ki, Seymur Məmmədov Sirusu döyəndən sonra onu ata bağlayaraq xeyli sürüyüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis tərəfindən tutulan S.Məmmədov qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.

11:26

Cəlilabad rayonunda gənc oğlanı öldürən şəxs saxlanılıb.

Gecce.az report-a istinadən xəbər verir ki, rayonun Musalı kənd sakini, 22 yaşlı Sirus İlham oğlu Nəsirov martın 2-də evdən çıxıb və geri qayıtmayıb. Onun valideynləri Cəlilabad Rayon Polis Şöbəsinə gələrək S.Nəsirovun itkin düşməsi barədə məlumat veriblər.

Cəlilabad Rayon Poliş Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti Musalı kəndinin dağlıq ərazisində tapılıb. İlkin müayinə zamanı onun öldürüldüyü aşkar olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Onlardan biri, rayonun Musalı kənd sakini, Seymur İsfəndiyar oğlu Muradov S.Nəsirovu öldürdüyünü etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti