Dəm qazından boğulan jurnalistin oğlu - “Hava küləkli olduğundan...”

Dəm qazından boğulan jurnalistin oğlu - “Hava küləkli olduğundan...”


Tanınmış hüquqşünas və jurnalist, “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimovun öz evində dəm qazından boğularaq ölməsi onu tanıyanların sarsılmasına səbəb olub.

Bədbəxt hadisə paytaxtın Nərimanov rayonunda yaşanıb.

Bununla bağlı Bakı şəhər prokurorluğu məlumat yayıb. Bildirilib ki, martın 2-də saat 14 radələrində 1958-ci il təvəllüdlü, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132-də qeydiyyatda olan Kərimov Əyyub Zakir oğlunun yaşadığı mənzilin hamam otağında ailə üzvləri tərəfindən kəskin qaz iyi hiss olunmaqla meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz İstismar Departamentinin Nərimanov texniki istismar xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Müayinə zamanı meyitin bədən səthində hər hansı xəsarət aşkar edilməyib. Meyitin aşkar olunduğu şərait onun dəm qazından boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə olunaraq ölümün səbəblərinin müəyyən edilməsi üçün Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyininin Nərimanov rayon şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki, Ə.Kərimovun ölümünə səbəb “dəm qazı ilə zəhərlənmə” olub.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Modern.az saytı mərhum jurnalistin oğlu Zakir Kərimovla həmsöhbət olub. O, hadisənin təfərrüatlarından söz açıb:
“Atam hər gün işə getməzdən qabaq duş qəbul edirdi. Həmin gün duş qəbul edən zaman hava küləkli olduğundan binanın suisidici ilə əlaqəli havalandırmasından külək geri daxil olub və seksiyaların hamısında tam yanma baş verməyib. Bu səbəbdən dəm qazı birbaşa içəri dolub. Qapı da bağlı olduğundan qazın çölə axını mümkün olmayıb.

Atam evdə tək, anam və bacım isə işdə idilər. Təxminən günorta saatlarında əvvəlcə anam, sonra bacım evə gəlib. Hamamdan su səsi gəlsə də, qapını döyərkən heç bir səs eşitməyiblər. Buna görə də onlar qapını sındırıb içəri daxil olublar”.
Z.Kərimovun sözlərinə görə, Əyyub Kərimovu hamamda tapan ailə üzvləri dərhal təcili tibbi yardım çağırıblar:
“Təcili tibbi yardımın həkimləri baxış keçirəndən sonra polisə xəbər vermək lazım olduğunu bildirib. Prokurorluq hadisə yerinin şəklini çəkib, lakin atamın cəsədini yerindən tərpətməyiblər. Bundan sonra cəsədi ekspertizaya aparıblar, orada bədənə baxış keçirilib və yarılıb. Nəticə olaraq ekspertiza “dəm qazından boğulma” diaqnozu qoyub”.
Hadisə baş verən zaman müsahibimiz hərbi xidmətdə olub:
“Bədbəxt hadisə baş verəndə mən Bakıda deyildim. Sonradan xəbər verildiyi üçün gəlmişəm. Hazırda istintaqın davam edib-etməməsi ilə bağlı dəqiq məlumatım yoxdur. Çünki indi rayondayıq. Atam Qaxda ata-anasının yanında dəfn olunub. Ayın 10-u Bakıda saat 11-dən axşam saat 5-ə qədər “Gənclik”dəki “Tural” mərasim zalında yas mərasimi keçiriləcək”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort