Meyitini çobanlar tapmışdı, öldürüldüyü məlum oldu

Meyitini çobanlar tapmışdı, öldürüldüyü məlum oldu


Bu gün Cəlilabad rayonunun Ləkin kəndində meşəlik sahədə meyit tapılıb.

Gecce.az-ın APA-ya istinadən verdiyi məlumata görə,meyiti çobanlar tərəfindən tapılan mərhumun 1997-ci il təvəllüdlü Sirus İlham oğlu Nəsirov olduğu müəyyənləşib.

22 yaşlı S. Nəsirovun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib. Onun öldürüldüyü müəyyənləşib.

Sirus Nəsirovun hansı şəraitdə öldürüldüyü müayinələrdən sonra məlum olacaq.

Qeyd edək ki, rayonun Musalı kənd sakini olan S. Nəsirov martın 2-də evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti