Qaxda qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu - Yenilənib

Qaxda qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu - Yenilənib


Qaxda ağır yol qəzası baş verib.

Gecce.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndi ərzisində qeydə alınıb.

“Volkswagen” markalı, 34 BE 852 dövlət nömrə nişanlı minik avtomobili ilə “VAZ-21011” markalı, 62 BC 796 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb, ikisi ağır olmaqla 7 nəfər isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, yaralılardan rayonun Əlibəyli kənd sakini, 20 yaşlı Sioşvili Laşa Aludayeviç ağır qapalı kəllə-beyin travması ilə reanimasiya, hələlik şəxsiyyəti bilinməyən 6 nəfər isə cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Qaxda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

Hadisə zamanı Qax rayonu Əlibəyli kənd sakini Akati Emraşvili ölüb, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Belə ki, Qax rayonu, Əlibəyli kənd sakini, 20 yaşlı Laşa Sioşvili rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

1982-ci il təvəllüdlü Qita Dikaşvili, 1980-cı il təvəllüdlü Naia Emraşvili, 1977-ci il təvəllüdlü Laşa Andraşvili, 1991-ci il təvəllüdlü Qiorqi Barxaşvili və 2014-cü il təvəllüdlü Nikolas Emraşvili isə həmin xəstəxananın cərrahiyə şöbəsində müalicə alırlar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti