Yanğında ölənlərin ailələrinə nə qədər pul veriləcək?

Yanğında ölənlərin ailələrinə nə qədər pul veriləcək?


"Respublika Narkoloji Mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq"


Gecce.az Azvision-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
Baş nazirin müavini yanğında həlak olan şəxslərin ailələrinə maddi yardımın edilməsi məsələsinə aydınlıq gətirib. Bildirib ki, onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir.

"Azərbaycan qanunveriliciyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələlərinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır. Tapşırıq verildi ki, həlak olan şəxslərin hər biri barədə araşdırma aparılsın və onlara qanuna uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu yardımlar BakıŞəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Eyni zamanda istər rayonlarda, istərsə də Bakıda dəfn mərasimləri dövlət tərəfindən təşkil olunub və olunacaq", - deyə A.Şərifov vurğulayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort