Yanğında dünyasını dəyişən 25 nəfər xəstə ilə bağlı yeni xəbər - Rəsmi

Yanğında dünyasını dəyişən 25 nəfər xəstə ilə bağlı yeni xəbər - Rəsmi


"Ötən gün Respublika Narkoloji Mərkəzində yanğında dünyasını dəyişən şəxslərin ailələrinə verilməsi prosesi ilə bağlı işlər aparılır."

Bu sözləri Sonxeber.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

O bildirib ki, ölənlərin adları artıq bəllidir. Ölənlərin adları, soyadları və sayı haqqında məlumat Baş Prokurorluqdadır. Onların kimə aid olması bilinən kimi ailələrinə təhvil verilir".

Qeyd edək ki, ötən gün Respublika Narkoloji Dispanserində güclü yanğın hadisəsi baş verib.

Baş Prokurorluqdan Sonxeber.az- a bildirilib ki, dünyasını dəyişən 25 xəstənin ad və soyadları haqqında məlumat açıqlanmayacaq. Meyitlərin ailələrinə verilməsi davam edir.

Həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti