Ramil Səfərovdan Sarkisyanı terrorçu adlandıran şagirdə dəstək - “Alqışlayıram”

Ramil Səfərovdan Sarkisyanı terrorçu adlandıran şagirdə dəstək - “Alqışlayıram”


Ramil Səfərov sosial şəbəkədə Ermənistan prezidenti Serj Sarkisyanı terrorçuluqda ittiham etməklə məşhurlaşan 9 yaşlı azərbaycanlı Mehdi Həsənovun çıxışını alqışlayıb.


Bunu AzNews.az-a açıqlamasında Ucar rayon 2 nömrəli tam orta məktəbin direktoru Yeganə Məmmədova 9 yaşlı Mehdi Həsənovun videosundan danışarkən deyib. Onun sözlərinə görə, Qarabağın düşmən tapdağı altında olması balaca Mehdini üsyankar kimi formalaşdırıb:

“Mehdi Həsənov Astarxan vilayətində yaşayıb, 3 il orada təhsil alıb, sonra ailəsi ilə birlikdə Azərbaycana köçüb. Ötən ilin oktyabr ayında bizim məktəbə gəlib. Hazırda rus bölməsində təhsil alır. Uşağın qeyri-adi istedadı, bacarığı, geniş dünyagörüşünə malik olması, həddindən artıq vətənpərvər ruhda böyüməsi ilk gündən diqqətimizi cəlb etdi. Vətənin azadlıq həsrəti, Azərbaycanın dilbər guşəsi Qarabağın düşmən tapdağı altında olması onun kiçik qəlbində üsyankarlıq hissləri yaratmışdı. Ona görə də Mehdi üsyankar çıxışları ilə Ermənistan hakimiyyətinə qarşı sərt mesaylar ünvanlayıb. Mehdi həmişə bütün dərslərindən əla qiymət alıb. Onun öz yaşıdlarından fəallığı ilə fərqlənməsini heç də Rusiyada yaşaması, orada təhsil alması ilə əlaqələndirmirəm. Əgər qəlbi Azərbaycanla bağlıdırsa, yurd həsrəti, torpaq itkisi varsa, torpağının düşmən tapdağı altında olması onu narahat edirsə, onda demək, burada Rusiya faktorunu önə çəkmək doğru deyil. Onu da deyim ki, Ramil Səfərov onun çıxışını izləyib və bu cəsarətli çıxışına görə alqışladığını yazıb”.

Yeganə Məmmədova deyir ki, rəhbərlik etdiyi məktəbdə fəal, vətənpərvər şagirdlər çoxdur, amma cəsarətli çıxışlar yalnız Mehdi Həsənova aiddir: “Mehdi Rusiyada yaşayarkən orada təzyiqlərlə qarşılaşıb. Atası da çıxışında qeyd etdi ki, Rusiyada olanda Mehdinin cəsarətli çıxışlarına görə təzyiqlər, təhdidlər şəraitində yaşayıblar və məhz bu səbəbdən Azərbaycana qayıtmalı olublar”.

Qeyd edək ki, Ucar sakini 9 yaşlı Mehdi Həsənov sosial şəbəkədə Ermənistan prezidenti Serj Sarkisyana müraciət edərək onu terrorçu adlandırıb: “Qarabağı geri qaytar, Sarkisyan! Sən terrorçusan! Qarabağı qaytarmasan, nə baş verəcək - bunu özün bilirsən!”. Bu çıxışı əks etdirən video-görüntü sosial mediada rekord sayda izlənib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort