4-cü sinif şagirdinin ölüm səbəbi intihar yox, ehtiyatsızlıq imiş

4-cü sinif şagirdinin ölüm səbəbi intihar yox, ehtiyatsızlıq imiş


“11 yaşlı Hafiz Məmmədov intiharın yox, ehtiyatsızlığın qurbanı olub. Bu hadisənin intiharla heç bir əlaqəsi yoxdur”.


Gecce.az Report-a istinadən xəbər verir ki, bunu ehtiyatsızlıqdan dünyasını dəyişən, rayonun Muxax kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun əmisi Əhməd Məmmədov deyib.

O bildirib ki, Zaqatala rayonunda baş verən hadisə zamanı yelləncəyin kəndiri 11 yaşlı Hafizin boğazına dolaşıb və yeniyetmə boğularaq ölüb: "Hafiz kəndiri yelləncək düzəltəmək məqsədi ilə çardaqdan asıb və halqa şəkildə olan kəndirə oturaraq yellənərkən kəndir onun boğazına dolaşıb.

H.Məmmədovun atasının əmisi, ailənin ağsaqqalı Mollaçı Hacıömərov bildirib ki, bu, ailədə baş verən ikinci bədbəxt hadisədir: “Ola bilməz ki, Hafiz intihar etsin. Bu, sadəcə bədbəxt hadisədir. O uşaqdır, ehtiyatsızlığın qurbanı olub. Bir neçə il bundan əvvəl Hafizin bacısının üzərinə qaynar su ilə dolu olan çaydan aşmışdı, uşaq ağır dərəcəli yanıq xəsarətləri alaraq vəfat etdi”.

Qeyd edək ki, H.Məmmədov Muxax kənd 2 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi olub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort