Direktor zorla qaçırılan qızdan danışdı: “Anaya cavab verilməlidir”

Direktor zorla qaçırılan qızdan danışdı: “Anaya cavab verilməlidir”


Ağcabədidə 4 gündür maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva hələ də tapılmayıb.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova Sevinc Musayevanın qaçırılmasından danışarkən deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının axtarışları heç bir fayda verməyib:

“Sevinc onu qaçıran oğlanı sevmir, onunla ailə qurmaq istəmir. Buna görə də oğlan tərəfi qızı ailəsindən gizlədir. 3 dəfə elçi gediblər, anası qızının rəyini öyrənəndən sonra elçiləri boş qaytarıb. Atası yoxdur, bacısının da biri şikəstdir. Onlar 5 tələbədir, dərsə çox yaxın məsafədən maşınla gəlirlər. Həmin tələbə yoldaşları da hadisə vaxtı orda olublar. 7 nəfər vəhşicəsinə tökülüb qızın üstünə, onlar da ki qadın... heç nə edə bilməyiblər. Maşının şüşələrini sındırıblar, sonra qapını açıb qızı oradan biabırçı halda aşağı düşürüblər. Sürüyüblər, qışqırda-qışqırda maşına mindirib aparıblar. İndi anası çox narahatdır, qızını tapa bilmir. Hüquq-mühafizə orqanları da qızı axtarır. Amma hələ ki, bu axtarışlar fayda vermir. Qızı qaçıran ailə İsmayıllıda yaşayır, ora da gediblər. Qız həmin ünvanda da tapılmayıb. Sevincin atası, qardaşı yoxdur. Axı bu anaya bir cavab verilməlidir, belə şey olar? Çox nizamlı bir qız böyüdüb, 4 ildə bir dəfə də mən ona irad bildirməmişəm”.

Qeyd edək ki, Ağcabədi rayonunda 21 yaşlı tələbə qaçırılıb. Hadisə, qız dərsdən evə qayıdarkən baş verib. 7 oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıblar.

21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort