1-ci sinif şagirdinin faciəli ölümü ilə bağlı yeni məlumat

1-ci sinif şagirdinin faciəli ölümü ilə bağlı yeni məlumat


Dünən səhər saatlarında Sabirabad rayonunda 6 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Gecce.az Lent.az-a istinadən xəbər verir ki, Moranlı kəndində "T-28” markalı traktorla 6 yaşlı Cəlil Telman oğlu Əsədlini vuran Elnur Hüseynovun sürücülük vəsiqəsi olmadan kənd təsərrüfatı texnikasını idarə etdiyi məlum olub.

Bildirilir ki, səhər saatlarında əkin sahəsinə gedən E.Hüseynov traktorla qəfil yola çıxan 6 yaşlı Cəlili vurub. Hadisədən sonra o, polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, qəzada vəfat edən 6 yaşlı Cəlil məktəbin birinci sinif şagirdi imiş və hadisə səhər saatlarında - o, məktəbə gedərkən baş verib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort