4-cü sinif şagirdinin intiharı ilə bağlı yeni xəbər: “Əgər özünü öldürmək istəsəydi...”

4-cü sinif şagirdinin intiharı ilə bağlı yeni xəbər: “Əgər özünü öldürmək istəsəydi...”


Zaqatalada 4-cü sinif şagirdinin intiharı ilə bağlı bəzi məqamlar məlum olub.

Muxax kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Hafiz Məmmədovun ölümü intihar deyil:

“Uşaq həyətdə oynayırmış. Hadisə də elə bu zaman baş verib. Hafizin qardaşı həmin vaxt tövlədə olub, mal-qaraya baxırmış. Əgər uşaq özünü öldürmək istəsəydi, gedib özünü başqa yerdə asardı. Meyit asılı vəziyyətdə tapılmayıb, ayaqları taxtanın üstündə olub”.

Kənd sakinləri qeyd ediblər ki, Hafiz Məmmədovun ailəsində maddi sıxıntı olmayıb:

“Bu ailənin 3 övladı olub. Bir qız, iki oğlan. Bir neçə il əvvəl qız dünyasını dəyişib. Atası Nazim kişi çobandır, amma buna baxmayaraq, heç bir maddi sıxıntıları olmayıb”.

Qeyd edək ki, Zaqatalada intihar hadisəsinin baş verməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb. Xəbərlərdə, rayonun Muxax kənd sakini, 11 yaşlı Hafiz Məmmədovun meyitinin yaşadığı evin həyətində təndirxanada asılı vəziyyətdə aşkar edildiyi bildirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort