Bakıda sosial şəbəkəyə görə kütləvi dava: Bıçaqlananlar var

Bakıda sosial şəbəkəyə görə kütləvi dava: Bıçaqlananlar var


Paytaxtda çayxanada kütləvi dava olub.

Gecce.az "Report"-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Rayon ərazisində fəaliyyət göstərən çayxanaların birində 4 nəfər arasında əlbəyaxa dava olub.

1998-ci il təvəllüdlü Kərimov Sabir Fəxrəddin oğlu dava zamanı qarın nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralının yaxınlarının verdiyi məlumata görə, o, evi tərk edərək marketə getdiyini bildirib. Məlum olub ki, S.Kərimov "facebook" sosial şəbəkəsində dostunun təhqir olunduğunu görüb. Və onunla birgə sosial şəbəkədə dostunu təhqir edən şəxsi çayxanaya çağırıb. Çayxanada yaranmış mübahisə nəticəsində əlbəyaxa dava olub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort