DƏHŞƏTLİ CİNAYƏT: 5-ci həyat yoldaşını və 35 günlük körpəsini öldürdü

DƏHŞƏTLİ CİNAYƏT: 5-ci həyat yoldaşını və 35 günlük körpəsini öldürdü


Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təbvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gecce.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Raqif Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirib.

Hadisə 2017-ci il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Sərxoş vəziyyətdə arvadı ilə mübahisə edən Raqif Ələkbərov onu özünə məxsus tərzdə cəzalandırmaq qərarına gəlib.

Buna səbəb isə mütəmadi olaraq əri tərəfindən döyülən qadının ondan polisə şikayət etməsi olub. Arvadının şikayəti əsasında inzibati qaydada məsuliyyətə cəlb edilərək 500 manat cərimə olunmasını Rafiq Ələkbərov Kamilə Məmmədovaya bağışlamayıb. O qadından qisas almaq üçün onu və körpə qızını öldürmək fikrinə düşüb.

Kamilənin başına yumruqla çoxsaylı zərbələr endirən Raqif Ələkbərov dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb, bir müddət onu torpağa uzanıqlı vəziyyətdə saxlayıb.

Rafiq Ələkbərovun bununla ürəyi soyumayıb. Qadını sürüyərək evə gətirib və taxta parçasıyla döyməyə davam edib. Raqif Ələkbərov Kamilə ilə birgə onun qucağındakı 35 günlük körpəsini də döyüb.

Raqif Ələkbərov ana və balanın öldüyünə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qaçıb. Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Raqif Ələkbərov hadisədən bir gün sonra həbs edilib.

Bu dəhşətli mənzərə Kamilə Məmmədovanın birinci nikahdan olan 5 yaşlı qızı Fatimənin gözləri önündə baş verib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşayan Raqif Ələkbərov rəsmi və qeyri-rəsmi 5 dəfə ailə qurub. Bundan öncə həbsə düşməsinə səbəb də ailə münaqişələri olub. Həyat yoldaşları tez-tez evdə dava salan Raqif Ələkbərovla bağlı polisə şikayət ediblər.

Raqif Ələkbərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Raqif Ələkbərov özünü qismən təqsirli bilib. O, deyib ki, arvadını onun sözünə qulaq asmadığı və evdən qaçdığı üçün öldürüb: "Kamilə sözümə baxmırdı. Bir deyirdim, iki cavab verirdi. Hər dəfə mübahisəmiz olanda evdən qaçırdı. Qaçdığına görə məndə məcbur olaraq onu döyürdüm. Onu döyəndə hər dəfə içki içirdim. Sərxoş olub o dərəcəyə çatırdım ki, bunu öldürəcəm, vuracam deyirdim. Özüm-özümə danışırdım. Hamı mənə dəli kimi baxırdı”.

Qeyd edək ki, qətli törədən Raqif Ələkbərovun atası Əliş Ələkbərov illər öncə öz dogma qardaşını öldürüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort