Bir oğlu digərini öldürən ata ifadə verə bilmədi, ağladı...

Bir oğlu digərini öldürən ata ifadə verə bilmədi, ağladı...


Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevin məhkəməsi keçirilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

Qardaşların atası Ramazan Əliyevə ifadə vermək təklif edilsə də, onu ağlamaq tutub və danışa bilməyib.

Onların anası Gülzar Əliyeva isə hadisə zamanı evdə olduğunu deyib: “Murad əsəbi idi, adi şeylərə görə Əli ilə mübahisə edirdilər. Əli də Moskvada oxuyub gələndən sonra başında ağrılar var idi. Gecələr başını şərflə bağlayıb otururdu, onun psixi problemləri var idi, uşaq vaxtı da yıxılıb xəsarət almışdı.

Həmin gün də mən mətbəxdə idim. Onların səsini eşitdim, fikirləşdim yəqin həmişəki söhbətlərdi. Sonra Muradın qışqırdığını eşidib otağa qaçdım. Hər yer qan idi, Murad yerə yıxılmışdı, Əli də orda yox idi. Əli atasının sağ əli, Murad sol əli idi. İndi atasının hər iki əli yoxdur”.

Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizora baxan qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevi bıçaqlayaraq öldürüb. M.Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.

Televizora baxmaq üstündə mübahisə edən qardaşlar əlbəyaxa dava ediblər. Sonra isə mətbəxdən bıçaq götürən Əli qardaşını vurub və evdən qaçıb.

Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort