Yağışdan sonra Bakının su basan ərazilərinin adları açıqlandı

Yağışdan sonra Bakının su basan ərazilərinin adları açıqlandı


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.

Gecce.az-ın məlumatına görə, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabunçu rayonunun Savalan yaşayış massivində, “Daş karxanası” adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca və ətraf ərazilərdə, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə subasma hadisələrində aktivlik müşahidə edilir:

“Subasma hadisələrinin baş verməsi əraziyə düşən atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədardır. Qrunt sularının təmizlənməsi üçün ərazidə drenaj şəbəkələri qurulmalıdır. Drenaj şəbəkəsi qrunt sularını yığır və ərazidən uzaqlaşdırır. Sadalanan ərazilərdə isə bu şəbəkə yoxdur”.
Qeyd edək ki, fevralın 18-də bütün gün ərzində Bakıda və Abşeron yarımadasında aramsız yağışlar yağıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort