“Həbsxanadan zəng edib məni hədələdi” - İş adamı ilə bağlı qalmaqal

“Həbsxanadan zəng edib məni hədələdi” - İş adamı ilə bağlı qalmaqal


Bir müddət öncə xuliqanlıqda təqsirləndirilərək azadlıqdan məhrum edilən sahibkar Azadxan Xanməmmədovdan yeni şikayət var.

Belə ki, sözügedən şəxsə məxsus olduğu iddia edilən “Magic House” bağçasının müdiri olmuş Şəlalə Qarayeva redaksiyamıza müraciət edərək 6 aylıq əməkhaqqısının ona ödənilməməsindən narazılıq edib. Bildirib ki, təkcə onun yox, ümumilikdə bağçanın 12 işçisinin də maaşı bir neçə aydır ki, ödənilmir: “Mənə 6000 manat, yerdə qalan işçilərə isə ümumilikdə 2381 manat pul ödənilməlidir.

Qeyd edim ki, 2014- cü ildən etibarən “Magic House”un direktoru olmuşam. 3 il 8-ci mikrorayonda yerləşən filialın direktoru idim. 2017-ci ilin iyun ayında dedilər ki, bağçanın Memar Əcəmi metrosunun yaxınlığında yerləşən filialını açaq. Əcəmi filialını onun oğlu Tural Xanməmmədovla birgə açdıq. Azadxan Xanməmmədov həbs edildikdən sonra onun həyat yoldaşı Əsmər Fətullayeva sənədləri mənim adıma keçirməyi təklif etdi. İyun ayında filial açıldı. Avqustun 20-dən etibarən yanvar ayı da daxil olmaqla maaşlarımızı ödəmədilər. 5 ay maaşsız işlədik. Ötən ilin dekabr ayında məhkumun gəlini Ruqiyyə Xanməmmədova gəlib dedi ki, bağçanı bundan sonra o işlədəcək. 1 ay bu sistemlə işlədik. Bayram tətilindən qayıdandan sonra onun Azər adlı digər oğlu gəlib işçilərə tapşırıq verdi ki, bağçada təhvil-təslim işlərinə başlanılsın. O ərəfələrdə Azadxan Xanməmmədov həbsxanadan hər gün zəng edib bağçadakı işlərlə maraqlanırdı. Maaşla bağlı söz-söhbət yarananda həbsxanadan zəng edərək məni hədələdi. Dedi ki, həbsxanadan çıxacaq və mənə kim olduğunu göstərəcək.

Yanvarın 23-də onun həyat yoldaşı Əsmər Xanməmmədova bir nəfər xanımı özüylə bağçaya gətirdi və müdir kimi təqdim etdi. Biz də maaşlarımızın verilməsini tələb etdik. Mənə maaş verməyəcəklərini dedilər. Guya bağçadan milyonlarla pul qazanmışam. Qapıları bağladılar, bizi çölə buraxmadılar. Özbaşınalıq edərək 13 nəfəri içəridə saxladılar. “102” xidmətinə zəng edəndən sonra qorxub qapını açdılar. Gedib polis idarəsində ərizə yazdıq. Bu günə kimi də izahatımıza dırnaqarası baxırlar. Yəqin ki, bundan sonra məhkəməyə müraciət edəcəyik ki, işlədiyimiz günlərin maaşı bizə ödənilsin”.

“Magic House” təsisçisi Tural Xanməmmədov və şirkətin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya şikayətlə bağlı açıqlama verib. T. Xanməmmədov qeyd edib ki, sözügedən xanım bağçanın direktor vəzifəsində işləyib: “Maaşların verilmə hissəsi onun səlahiyyətindədir. Bu işlə bağlı hazırda istintaq gedir. Ərizəmiz hüquq-mühafizə orqanlarına göndərilib. Biz də araşdırmanın nəticəsini və hansı qərarın çıxarılacağını gözləyirik”.

C. Yusifov isə Ş. Qarayevanın iddialarının tam əsassız olduğunu vurğulayıb: “Bununla bağlı mətbuata açıqlama verməmişdən qabaq məhkəməyə müraciət olunmalıdır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Ancaq bu məsələ istintaqın predmeti deyil. Bununla bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edilməlidir. O zaman da kimin haqlı və ya haqsız olduğu ortaya çıxacaq”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort