Azərbaycanda AİLƏ FACİƏSİ - Maşın su kanalına düşdü, ata öldü, ana və övladı...

Azərbaycanda AİLƏ FACİƏSİ - Maşın su kanalına düşdü, ata öldü, ana və övladı...


Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşın su kanalına düşüb.


"Report"un məlumatına görə, Naxçıvan şəhər sakini olan Oruc Hümmətzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı "Yenicə" adlı su kanalına düşüb.

Hadisə yerinə daha yaxın olan Dövlət Yol Polisi əməkdaşları qəza zamanı sürücünün maşında olan 1999-cu il təvəllüdlü həyat yoldaşı Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladını sudan çıxardaraq xəstəxanaya aparıblar.

Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır. Sürücü Oruc Hümmətzadə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kanala düşən avtomobil hadisə yerinə cəlb olunan qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb.

Avtomobil Bakıdan Qazax istiqamətində hərəkətdə olub.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti