17 yaşlı qız zibil atanda üzünü yandırdı

17 yaşlı qız zibil atanda üzünü yandırdı


Ağsu rayonunda 17 yaşlı qız ehtiyatsızlıqdan yanaraq xəsarət alıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Rəhimli kənd sakini, 2001-ci il təvəllüdlü Humay İsrafil qızı Əliyeva evdəki tullantıları qablaşdırıb yandırarkən yanıq xəsarətləri alıb.

Məlumata görə, tullantıları toplayaraq qutuya atıb və yandırıb. Bu zaman güclü alov H.Əliyevanın üz nahiyəsini yandırıb.

H.Əliyeva qohumlarının köməyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxandan bildirilib ki, H.Əliyeva üz nahiyəsinin birinci və ikinci dərəcəli termiki yanığı xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort