“114”ün sərnişinləri narazıdır

“114”ün sərnişinləri narazıdır


Sərnişinlər yenə də 114 nömrəli marşrutdan şikayətçidir.

“Qafqazinfo”ya müraciətində onlar bildirib ki, 114 nömrəli avtobuslar iki xətt üzrə: 20 Yanvardan Yeni Qəsəbə, Pirəküşkülə 114 A, 20 Yanvardan Müşfiqabada 114 B kimi hərəkət etməyə başlasa da, problem hələ də qalır.

Redaksiyamıza video göndərən sərnişinlər qeyd edib ki, səhər saatlarındasözügedən marşrutlara minmək mümkün olmur:

“Bu videoda sürücünün sərnişinlə necə kobud rəftar etməsi açıq-aydın görünür. Qadın Sulutəpənin Dəyirman deyilən dayanacağında 114-ə minmək istəyir, 2 avtobus keçsə də, saxlamır. 3-cü də saxlasa da, minə bilmir. Məcbur olub taksiyə 1 manat verib gəlir və Sulutəpə dairəsində yenidən bu 114-ə minir".

Sərnişinlər əlavə edib ki, bu yaxınlarda "114"ün sürücülərindən biri avtobusla adam vurub.

“Qafqazinfo” məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. O bildirib ki, müraciət BNA tərəfindən ətraflı araşdırılacaq:

“Biz bu marşrut xətti ilə bağlı əhalidən daxil olan müraciətləri nəzərə alaraq 114 a və 114 b olmaqla iki xətt yaratdıq. Sərnişinlərimizi narahat edən məsələlər varsa, təbii ki, bunun aradan qaldırılması üçün daşıyıcıya tapşırıq veriləcək”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"

26.05.2018 / 20:00
 
Xəbər lenti
      
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"