“Quran”ı cırdığını deyən gənc yazar: “İnanclı insanam” » Gecce.Az Xəbər Portalı
“Quran”ı cırdığını deyən gənc yazar: “İnanclı insanam”

“Quran”ı cırdığını deyən gənc yazar: “İnanclı insanam”


Gənc yazar Eminquey Akif in feysbukdakı şəxsi hesabında Qurani-Kərimlə bağlı etdiyi paylaşım insanlar arasında birmənalı qarşılanmayıb.

E.Akif müqəddəs kitabın vərəqlərini cırdığını bildirib. Bu isə kəskin etirazlara səbəb olub və izləyicilər onu süni yolla qalmaqal yaratmaqda, bu üsulla gündəmə gəlmək istəməkdə suçlayıblar. Bu narazılığı nəzərə alıb yazarla əlaqə saxladıq və ondan bu addımı atmasının səbəbini soruşduq.

E.Akif bildirdi ki, onun “Quran” kitabının hansısa səhifəsini cırmasının kimisə həqiqətən narahat etdiyini düşünmür:

“Bəlkə bunu status kimi paylaşmağım kimisə narahat edir? Hə? Yazırlar ki, şeir kitabını cırsalar, xoşuna gələr? Bu mənim vecimə deyil axı, xoşuma da gələ. Mənim yazdığım şeir kitabı müqəddəs deyil ki. O hansısa rəfdə qalıb sarala da bilər, kimsə xoşuna gəlmədiyi üçün cıra da bilər. Ya da bu səhvən baş verər. Dediyim odur ki, “Quran” da o biri kitablar kimi adi mətbəədən çıxır. “Quran” da o biri kitablarla eyni materialdan hazırlanır. O zaman “Quran”ı müqəddəsləşdirən nədir? Hə, bax, məsələ budur. İllərlə “Quran” kitabını evinin gündəyməz yerində saxlayan adamlar indi ortaya çıxıblar ki, kitabı cırmaq olmaz. “Quran”ı da bütün kitablar kimi dəstəmazsız, qüsulsuz, çox rahat şəkildə oxumaq olar. Hətta, yadınızda qalsın deyə, hansısa vərəqini qatlaya da, üzərində qeydlər apara da bilərsiniz. Nəinki evin bir küncünə qoyub, müqəddəsdir deyib, ondan uzaq düşmək”.

O, əslində müqəddəs kitabı cırmadığını deyib:

“Mən statusda “Quran”ı səhvən və ya qəsdən cırdığımı qeyd etməmişəm. Bununla belə, soruşmadan, eləmədən, birmənalı fikir yürüdürlər. Necə ola bilər ki, “Quran”ın səhifəsini cıran adam onun içindəki ayələrdən birini də oxumasın. Ümumiyyətlə, mən evimizdə olan ərəbcədən və dörd növ tərcümədən ibarət “Quran” kitabının heç bir vərəqini belə cırmamışam. Demək istədiyim odur ki, kitabdan qorxmaq lazım deyil. “Quran”ı bugünkü hala gətirən farslardır. İstəyirlər ki, insanlar gözübağlı şəkildə Allaha inansınlar və “Quran” oxumasınlar”.

Bu addımı gündəmə gəlmək üçün atması ilə bağlı iddialara gəlincə isə E.Akif bunu inkar etdi:

“Mən bu paylaşımı gündəmə gəlmək üçün etməmişəm. Səbəb yalnız bu ayədir: “Ona – lövhi-məhfuzda olan Uca Qurana təmiz saxlanmış olanlardan başqası toxuna bilməz” (“Vaqiə” surəsi, 56/79). Bunun açıqlamasını isə din alimlərindən oxumuşam və öz məntiqimlə də doğru olduğunu düşünürəm. Peyğəmbərimizin vaxtında kafirlər “Quran”ın cinlər tərəfindən göndərildiyini iddia edəndə bu ayə nazil olunub. Bildirilib ki, “Quran” yalnız təmiz, pak, çirklənməyən mələklər tərəfindən nazil ola bilər və nazil olub da. Bunun camaatın bildiyi təmizliklə heç bir əlaqəsi yoxdur. O ki qaldı kiminsə inancına toxunmağıma, mən 9 il namaz qılmışam. Atam da namaz qılan olub, anam da namaz qılır. Mən hansısa inanclı insanı təhqir etməyi düşünməmişəm. Çünki özüm də inanclı adamam. Mən yalnız dini xurafata çevirənlərə qarşıyam. Necə ki, bizdən qabaqkı yazıçılar da onları kifayət qədər tənqid ediblər”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort