Sabah Bakıda bu küçələrdə su olmayacaq

Sabah Bakıda bu küçələrdə su olmayacaq


Sabah Bakı şəhərinin bəzi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Gecce.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Binəqədi nasos stansiyasından +41 “Qərb” anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin “Azadlıq prospekti” metro stansiyasının yaxınlığından keçən hissəsinin yeri dəyişdiriləcək.

Bununla əlaqədar fevralın 8-də gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
100 il...

28.05.2018 / 10:00
 
Xəbər lenti
                                            
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"