Sosial şəbəkədəki şərh üstündə bıçaqlanma

Sosial şəbəkədəki şərh üstündə bıçaqlanma


Gəncə şəhər sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində şəhər sakini, 1990-cı il təvəllüdlü Osmanlı Rəsul Firuz oğlunun məhkəmə prosesi keçirilib.

Belə ki, araşdırma zamanı R.Osmanlı 10 dekabr 2016-cı il tarixdə “Odnoklassniki” sosial şəbəkəsində tanımadığı şəxsin şəklinin altına rəy yazdığı üçün şəhər sakini, 1995-ci il təvəllüdlü Cahandar Rauf oğlu Alıyev ilə aralarında mübahisə yaranıb. Tərəflər görüşüb mübahisəyə aydınlıq gətirmək üçün mobil nömrələrini yazıblar və həmin gün axşam görüşərkən C.Alıyev öz iki dostu ilə R.Osmanlını döyüb. Hadisədən bir gün sonra R.Osmanlı yenidən C.Alıyevi görüşə çağırıb və onu bıçaqlayıb.

Baş verən hadisə ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində Osanlı Rəsul Firuz oğluna qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi davam etdiriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort