Bakıda aptek müdiri saxlanıldı - Gizli əməli “başını yandırdı”

Bakıda aptek müdiri saxlanıldı - Gizli əməli “başını yandırdı”


Bakının Nəsimi rayonu ərazisində gizli şəkildə psixotrop maddələrin satıldığı aptekin müdiri saxlanılıb.

Gecce.az APA-ya istinadən xəbər verir ki, əməliyyat Bakı şəhər sakininin faktla bağlı Bakı Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyinə müraciəti əsasında aparılıb.

Paytaxt sakini müraciətində bildirib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən “Çinar farm” adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixotrop maddələr satılır.

Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı “Çinar farm” aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixotrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 308.2 və 240.3.2 ci maddələri üzrə cinayət işi başlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl həmin aptekdə güclü təsir edən maddələrin satılmasına dair KİV-də məlumat yayılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort