Xəstə qızını söyən şəxsi güllələyib öldürdü - TƏFƏRRÜAT

Xəstə qızını söyən şəxsi güllələyib öldürdü - TƏFƏRRÜAT


Xaçmaz rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. Rayonun Çarxı kənd sakini, 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu söyüşə görə güllələyib.

Bildirilir ki, Ehtiram Hidayətov ustadır və fərdi əməklə məşğuldur. O, bir müddət əvvəl Əfqan Cəfərovun evində usta kimi işləyib. Lakin Ə.Cəfərov ustanın pulunun bir hissəsini verməyərək ona borclu qalıb.

Bu günlərdə Ehtiram Hidayətov xəstəlikdən əziyyət çəkən qızını növbəti dəfə İrana müalicəyə aparmalı olub. Maddi sıxıntılar yaşayan şəxs ona borclu olan həmkəndlisinə üz tutub və pulunu tələb edib. Bu zaman həmkəndlilər arasında mübahisə yaranıb.

Polisə könüllü təslim olan Ehtiram Hidayətov deyib ki, Əfqan onun xəstə qızını və ailə üzvlərini söyüb təhqir etdiyi üçün əsəblərinə hakim ola bilməyib. Bu səbəbdən də evə gələrək tüfəngi götürüb və Əfqanın olduğu yerə qayıdıb, onu güllələyib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Lent.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti