Uşağınız qripdir? - Elə isə oxuyun

Uşağınız qripdir? - Elə isə oxuyun


“İndiki soyuqdəymələr uzun çəkir. Öskürək, qızdırma, bəzən qusma-ishal, müxtəlif səpkilər olur. Belə olan halda ağırlaşmaların olmaması üçün həkimə vaxtında müraciət etmək lazımdır. Özünümüalicə yolverilməzdir”.

Bu sözləri məşhur pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Valideynlərə xəstə uşaqları bağçaya, məktəbə buraxmamağı məsləhət görən həkim soyuqdəyməylə bağlı bir neçə tövsiyə də verib:

“ 1. Qəbul etdiyiniz dərmandan sonra qızdırmanın normaya düşməsini gözləməyin, bir dərəcə düşdüsə, deməli, nəticə var.

2. Virusun öz yaşama müddəti var. İki günə sağalma haqqında düşünmək düzgün deyil.

3. "Sistem" qoydurmaq üçün cibində pambıq və spirt gəzdirən qonşudakı medsestra xalanı axtarmaqdansa həkiminizə müraciət edin.Bu təyinatı ancaq həkim verəcək.

4. Antibiotiklər hərarətsalıcı deyil! Özbaşına antibiotik qəbul etməyin.

5. Xəstə uşağı məktəbə və bağçaya buraxmayın! Xəstəlik vərəqi(büllleten) açdırıb özünüz uşağa evdə qulluq edin!”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti