Bakıda oğul atasını homoseksual olduğu üçün yandırdı — ŞOK TƏFƏRRÜATLAR

Bakıda oğul atasını homoseksual olduğu üçün yandırdı — ŞOK TƏFƏRRÜATLAR


2 nəfərlə əlbir olaraq atasını bıçaqlayaraq yandıran oğul atası barədə şok ifadə verib.

Gecce.az bildirir ki, ölkə.az-a daxil olan məlumata görə, 21 yaşlı Elməddin Əliyev saxanılan zaman prokurorluğa verdiyi ilkin ifadə zamanı atasının cinsi azlığın nümayəndəsi olduğunu bildirib. Belə ki, hərbi xidmətdən gələn E.Əliyev məhəllədə atası barədə xoşagəlməz sözlər eşidib. Tay-tuşları atası İbrahim Əliyevin homoseksual olduğunu, hətta bir neçə nəfərin onunla cinsi əlaqəyə girdiyini bildiriblər. Biabırçılığa dözə bilməyən oğul Vəlican Dadaşov və Nəcməddin İsmayılovla birləşərək atasını öldürmək qərarına gəlib. Artıq E.Əliyevin ifadəsi əsasında İ.Əliyevin meyiti üzərində əlavə məhkəmə tibbi ekspertizası təyin edilib. Ekspertizanın verəcəyi rəydən sonra İ.Əliyevin cinsi azlığ olub-olmaması məlum olacaq.

Xatırladaq ki, fevral ayının 3-də Daxili İşlər Nazirliyi Bakıda oğulun atasını bıçaqlayaraq qətlə yetirdikdən sonra meyitini yandırması barədə məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.

Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Qeyd edək ki, qətlə yetirilən İ.Əliyev gəmidə matros işləyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"

26.05.2018 / 20:00
 
Xəbər lenti
      
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"