Günəbaxan və balıq yağlarının gözlənilməyən ZƏRƏRİ açıqlanıb » Gecce.Az Xəbər Portalı
Günəbaxan və balıq yağlarının gözlənilməyən ZƏRƏRİ açıqlanıb

Günəbaxan və balıq yağlarının gözlənilməyən ZƏRƏRİ açıqlanıb


Qranad Universitetinin alimləri müəyyən ediblər ki, günəbaxan yağında bişirilmiş yeməklərdən və balıq yağından uzun müddət istifadə edilməsi qara ciyərdə ciddi problemlərə səbəb olur.

Tədqiqatçılar zeytun və günəbaxan yağlarının, habelə balıq yağının siçovulların qara ciyərinə təsiri ilə bağlı uzunmüddətli kompleks analiz aparıblar. Xüsusilə, mütəxəssislər telomerlərin uzunluğunu ölçüb, elektron mikroskopun köməyi ilə orqandakı ultrastruktur dəyişiklikləri izləyiblər.

Alimlər müəyyən ediblər ki, zeytun yağı ilə qidalanan siçovul qrupunun qara ciyəri daha sağlam olub. Öz növbəsində, günəbaxan yağı fibroz və ultrastruktur dəyişikliklərə gətirib çıxarıb. Balıq yağı isə yaşla bağlı qıcqırma prosesini artırıb, telomerlərin uzunluğunu dəyişib və elektronların mitoxondriyalara keçməsinin tənəffüs prosesini ləngidib. Həmçinin günəbaxan və balıq yağları metabolik qeyri-alkoqol steatohepatitlə xəstələnmə şansını yüksəldib.

Telomerlər xromosomların uc sahələridir və onların qısalması qocalma, uzanması isə xərçəng xəstəliyinin yaranması ilə nəticələnir.

Metabolik qeyri-alkoqol steatohepatit qara ciyərdə sərbəst radikal turşuluğun fəallaşması ilə triqliseridlərin normadan artıq yığılmasına və hüceyrə membranlarının zədələnməsinə səbəb olur. Müvafiq müalicə aparılmadığı halda steatohepatit qara ciyərin sirrozuna çevrilir.

Azertag.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort