Toyuna hazırlaşan məmur oğlu öldürüldü – Ağdaşda

Toyuna hazırlaşan məmur oğlu öldürüldü – Ağdaşda


Ağdaş rayonunda bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə təqsirləndirilən 37 yaşlı Cabir Savxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqanı Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl Ağdaş rayonunun Qəribli kəndində törədilib. Kənd sakini Cabir Savxanov həmkəndlisi, 22 yaşlı Sahib Həsənovu bıçaqlayıb.

Onların arasında mübahisə kənddə keçirilən toy məclisində düşüb. İçkili vəziyyətdə olan Cabir Savxanov Sahib Həsənovla mübahisəni toyxanadan kənarda davam etdirmək üçün onu çölə çağırıb və üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunun sol buduna bir neçə zərbə endirib.

Qəribli kəndi rayon mərkəzindən 40 kilometr aralıda yerləşdiyindən yaralı xəstəxanaya gec çatdırılıb və nəticədə o, dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin də daxil olduğu Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Cinayəti törədən Cabir Savxanov hadisədən bir neçə saat sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, ailəlidir, 2 övladı var. Nişanlı olan Sahib Həsənovun ailəsi onun toyuna hazırlaşırmış.

Cabir Savxanov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.

İttima münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilib.

Növbəti proses fevralın 15-də davam edəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort