Səs yazısı yayılan direktorla bağlı rəsmi açıqlama: “Araşdırılır”

Səs yazısı yayılan direktorla bağlı rəsmi açıqlama: “Araşdırılır”


Təhsil Nazirliyi Şamaxı rayonunda orta məktəb direktorunun rüşvət alması ilə bağlı yayılan səs yazısına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzNews.az-a açıqlamasında bildirib ki, rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən siyahı üzrə pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı araşdırmaya başlanılıb:

“Bu səs yazısından xəbərdarıq. Hazırda məsələ ilə bağlı xidməti araşdırma aparılır”.

Qeyd edək ki, Şamaxı rayonunda məktəb direktoru rüşvət almaqda ittiham olunur. Rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşovanın, rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən siyahı üzrə pul tələb etdiyini əks etdirən səs yazısı yayılıb.

Səs yazısında direktor müəllimlərdən ötən aydan ödənilməyən işıq pullarının və hər ay yığılan “aylıq” pulların verilməsini tələb edir: “Sonra deməyin ki, maaşı aldım, vacib oldu xərclədim. Bəri başdan işiq pulunu və aylığı verin” deyir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort